525.Az

Rusiyada meşə yanğınları tüğyan edir


 

Rusiyada meşə yanğınları tüğyan edir<b style="color:red"></b> Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 33,3 min hektar meşə sahəsini məhv edib.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 1300 canlı qüvvə, 161 ədəd texnika və 7 təyyarə cəlb olunub.
 
Ötən gün Rusiya ərazisində 142 meşə yanğını qeydə alınıb. Onlardan 32-i yeni yanğın ocaqlarıdır.
 
Yanğınlardan ən çox Yakutiya və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 13 meşə yanğını söndürülüb. Hazırda Yakutiyada 90, Xabarovsk diyarında 26, Amur vilayətində 12 meşə yanğını davam edir.
 





04.07.2017    çap et  çap et