525.Az

Fransanın cənubunda silahlı insident


 

Fransanın cənubunda silahlı insident <b style="color:red"></b> Fransanın cənubunda, Tuluza şəhərində baş verən silahlı insident nəticəsində azı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, motosikletli iki naməlum silahlı bir qrup insana atəş açaraq aradan çıxıblar.
 
Nəticədə bir nəfər ölüb, 6 nəfər yaralanıb, onlardan 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı bildirilir.
 





04.07.2017    çap et  çap et