525.Az

"Kardeş kalemler"in yeni sayı


 

"Kardeş kalemler"in yeni sayı<b style="color:red"></b>

"Kardeş kalemler" dərgisinin iyun sayı Qazaxıstan Yazarlar Birliyinin sədri, şair Nurlan Orazalinin 70 illik yubileyinə həsr olunub.

Dərginin "Qazaxıstan" bölümü Ataman Kalebozanın tərcüməsində N.Orazalinin şeirləri ilə açılır. Şeirləri şairin qısa tərcümeyi-halı izləyir. Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulinin "Yanık Yürek", Qazaxıstanın Xalq yazıçıları Abiş Kekilbayevin "Ədəbiyyatın gələcəyi üçün", Sayın Muratbekovun "Ufku geniş şair", Qırğızıstan və Qazaxıstanın Xalq yazıçısı Çingiz Aytmatovun "Uzaylı şeirlər", Qazaxıstanın Xalq şairləri Oljas Süleymanovun "Günəş adına açılan əllər", Fariza Onqarsınovanın "Bozkırın qırmızı boyaları" yazıları da bu bölümdə yer alıb. Rubrikanı professor Serik Kirabayevin "Ruh azadlığının şairi", yazıçı-publisist Ötegen Oralbayulının "Gevher Yır Sadık Sır", şair Rafael Niyazbekin "Ər şairin səsi", Tursın Jurtbayın "Şanlı yolçu- VI" (Anayurt gündəliyi) yazıları davam etdirir.

"Türkiyə" bölməsində Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun "Qazax təbiətini misralarına daşıyan şair: Nurlan Orazalin", "İslam Türklüyünün qalxanı", Ataman Kalebozanın "Qara Körük yüz il ilə "Ervah-ı Salih Olanın arasında doğulmuş bir şair: Nurlan Orazalin", Cəmilə Kınacının "Alğa Qazaxıstan! Elbaşının "Gələcəyə baxış: Kamu bilincinin modernizasyonu" bildirgesi", Onur Görkem Bekcibaşının "Yeni bir kitab yeni bir "Osman Çeviksoy" yazıları yer alıb.

Rahmi Ali "Xatirələrlə yaşamaq" yazısıyla "Batı Trakya"dan qatılıb.

"Xəbər" rubrikasında "Bengü" yayınlarının qatıldığı kitab sərgiləri, "TÜRKSOY 25-ci il" medalı ilə təltif olunan ziyalılar, qazax yazarlarının və qırğız yazar Keneş Yusufun Ankara görüşü haqqında məlumatlar var.   

Şahanə MÜŞFİQ

 





04.07.2017    çap et  çap et