525.Az

Avropa Parlamentinin prezidentini “boşboğaz” adlandırdılar


 

Avropa Parlamentinin prezidentini “boşboğaz” adlandırdılar<b style="color:red"></b> Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti Antonio Tacani arasında mübahisə yaşanıb.
 
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin iclasına 700 deputatdan 100-ü qatılmayıb.
 
Yunker deputatların iclasa münasibətini qeyri-ciddi adlandırıb. Tacani  isə Yunkeri deputatlara daha hörmətlə yanaşmağa çağırıb və Avropa Komissiyasının Avropa Parlamentinə deyil, Avropa Parlamentinin Avropa Komissiyasına nəzarət etməli olduğunu bildirib.
 
Öz növbəsində Yunker Tacanini “boşboğaz” adlandıraraq deyib ki, Avropa Parlamentinin bir neçə üzvü komissiyaya nəzarət edir.
 





04.07.2017    çap et  çap et