525.Az

“Azərenerji” iyunda 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib


 

“Azərenerji” iyunda 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib<b style="color:red"></b> 2017-ci ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 milyard kilovat-saat olub.
 
Bu barədə 525.az-a “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
 
“Eyni zamanda, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib. 

Ötən ilin iyun ayı ilə müqayisə edəndə görürük ki, həmin dövrdə “Azərenerji” ASC-də 1,593 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib”, - deyə məlumatda vurğulanıb.
 





04.07.2017    çap et  çap et