525.Az

İndiyədək Ceyhan limanından dünya bazarına nə qədər Azərbaycan nefti çıxarılıb?


 

İndiyədək Ceyhan limanından dünya bazarına nə qədər Azərbaycan nefti çıxarılıb?<b style="color:red"></b>

2017-ci ilin iyun ayı ərzində 2 mln. 15,323 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.
 
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu həcmin 1 mln. 429,248 min tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
 
Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 mln. 290,851 min ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 332 mln. 125,450 min ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

 





05.07.2017    çap et  çap et