525.Az

Səfir: "Yeni vəliəhdin təyin olunmasında qəribə heç nə yoxdur"


 

Səfir: "Yeni vəliəhdin təyin olunmasında qəribə heç nə yoxdur"<b style="color:red"></b> "Səudiyyə Ərəbistanında yeni vəliəhdin təyinatı dünyanın gözü qarşısında sakit şəkildə baş tutub".
 
Bu sözləri APA-ya açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah Əs-Süleym deyib.
 
Səfir bildirib ki, Məhəmməd bin Salman bu vəzifədə Məhəmməd ibn Naifi əvəzləyib:

“O, daha əvvəl vəliəhdin vəliəhdi vəzifəsini icra edirdi. Bu, dövlət quruluşundan gələn prosedurdur. Qəribə heç nə yoxdur. Məhəmməd bin Salman əvvəlki vəzifəsinin icrası zamanı da böyük işlər görüb.

O, “2030 Gələcəyin İnkişaf Konsepsiyası”nı hazırlayıb. Konsepsiyada neftdən asılılığın azaldılması, sənaye və digər sahələrdə gəlirlərin artırılması hesabına iqtisadiyyatın daha da çiçəklənməsi nəzərdə tutulur.

Səudiyyə Ərəbistanı əhalisinin 60 faizi gənclərdir. Məhəmməd bin Salman da gənc və enerjili kadrdır. O, Məhəmməd bin Naifin işlərini qaldığı yerdən davam etdirəcək və daha da təkmilləşdirəcək”.
 





05.07.2017    çap et  çap et