525.Az

XDMX bu il 900 kompüter insidenti aşkarlayıb


 

XDMX bu il 900 kompüter insidenti aşkarlayıb<b style="color:red"></b> 2017-ci ilin I yarısında Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində 897 insident emal olunub.
 
"APA-Economics" adıçəkilən qurumun saytına istinadən xəbər verir ki, II rüb ərzində müvafiq qurumlara aşkar edilmiş boşluqlar barədə 81 audit göndərilib.
 
Bununla yanaşı, gov.az zonasında müvafiq qurumların sorğuları əsasında 9 domen və 92 subdomen qeydiyyatdan keçirilib.
 





05.07.2017    çap et  çap et