525.Az

Mehriban Əliyeva: “Azərbaycan günahsız insanların qətlinə qarşıdır”


 

Mehriban Əliyeva: “Azərbaycan günahsız insanların qətlinə qarşıdır”<b style="color:red"></b>

“Azərbaycan erməni işğalına, günahsız insanların qətlə yetirilməsinə qarşıdır!”
 
APA-nın xəbərinə görə, bunu birinci vitse-prezident Mehriban Əliyeva özünün “twitter” bloqunda yazıb. Mehriban Əliyeva “Allah balaca Zəhraya və bütün şəhidlərimizə rəhmət eləsin!”, - deyə qeyd edib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
 
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

 





06.07.2017    çap et  çap et