525.Az

Berlində Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək


 

Berlində Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək<b style="color:red"></b>

İyulun 9-da Ermənistanın Almaniyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək.

Bu barədə məlumat Dünya Azərbaycanlıları Assambleyasından daxil olub.

Bildirilib ki, aksiya Dünya Azərbaycanlıları Assambleyası və Alman Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Aksiyada Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndiriləcək və iyulun 4-də düşmən ölkənin hərbiçilərinin mülkü şəxsləri atəşə tutması nəticəsində nənə və nəvəsinin həlak olması barədə hadisə dünya ictimaiyyətinə çatdırılacaq.

Aksiyada “Sarkisyan uşaq qatilidir”, “Terrora , təcavüzə “dur” deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək.

Ceyhun ABASOV

 





06.07.2017    çap et  çap et