525.Az

Mikroavtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var


 

Mikroavtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var<b style="color:red"></b>

Azərbaycanda daha bir avtobus qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Şamaxı rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı sərnişin mikroavtobusu “KamAZ” markalı yük maşını ilə toqquşub.
 
Nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





15.05.2013    çap et  çap et