525.Az

Bakının mərkəzində keçirilməsi planlaşdırılan konsert təxirə salındı


 

Bakının mərkəzində keçirilməsi planlaşdırılan konsert təxirə salındı<b style="color:red"></b> Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Bakının mərkəzində keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Retro Bakı” layihəsi şəhər sakinləri və şəhərin qonaqlarına həftə sonu istirahətlərinin maraqlı keçməsi məqsədi ilə təşkil olunur.

Konsert proqramının saat 18:00-da Fəvvarələr Meydanında keçirilməsi planlaşdırılırdı.
 
Tədbirin hansı səbəbdən təxirə salındığı bildirilməyib.
 





06.07.2017    çap et  çap et