525.Az

SOCAR rəhbərliyinə ödənilən kompensasiyanın məbləği 182 min manat artıb


 

SOCAR rəhbərliyinə ödənilən kompensasiyanın məbləği 182 min manat artıb<b style="color:red"></b>

2016-cı ildə SOCAR-ın prezidenti və 12 vitse-prezidenti ümumilikdə 717 min manat məbləğində kompensasiya alıb.
 
"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2015-ci ildə bu rəqəm 535 min manat təşkil edib. Beləliklə, il ərzində SOCAR rəhbərliyinə verilən kompensasiyanın məbləği 34% və ya 182 min manat artıb.

Sənədə əsasən, şirkətin prezidenti və 12 vitse-prezidenti SOCAR-ın digər törəmələrinin Direktorlar Şurasında təmsil olunduqlarına görə kompensasiya alırlar.
 
Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir. Xoşbəxt Yusifzadə şirkətin birinci vitse-prezidentidir. Şirkətin prezidenti və vitse-prezidentləri ölkə başçısı İlham Əliyev tərəfindən təyin olunur. Rəhbərlikdə təmsil olunan şəxslər həm maaş, həm də premiyalar alır. Bundan başqa, şirkətin müəyyən strukturlarında Direktorlar Şurasının üzvü kimi onlara kompensasiya ödənilir.

 





07.07.2017    çap et  çap et