525.Az

Baş Polis İdarəsi əməliyyat keçirdi


 

Baş Polis İdarəsi əməliyyat keçirdi<b style="color:red"></b>

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda xüsusi əməliyyat keçirib.

Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə və ictimai təhlükəsizlik idarələrinin mayın 15-dən 16-na keçən gecə həyata keçirdiyi xüsusi əməliyyat əvvəlcədən hazırlanıb. Əməliyyat paytaxtın Nəsimi rayonunda yerləşən “İnfiniti” gecə barında və Xətai rayonunda yerləşən “Dalğa” saunasında aparılıb.
 
Əməliyyat zamanı 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla məşğul olan 53 nəfər saxlanılıb. Saxlanılan qadınların əksəriyyəti 16, 17 və 18 yaşlarında olan Özbəkistan vətəndaşlarıdır.
 
Hazırda paytaxtda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

 





16.05.2013    çap et  çap et