525.Az

Merkel: "Ərdoğanla danışıqlar ortaya dərin fikir ayrılıqları çıxarıb"


 

Merkel: "Ərdoğanla danışıqlar ortaya dərin fikir ayrılıqları çıxarıb"<b style="color:red"></b> Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla keçirilən danışıqlar Berlin və Ankara arasında  dərin fikir ayrılıqlarını ortaya çıxarıb.
 
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Angela Merkel Hamburqda keçirilən G-20 sammitinin yekunlarından danışarkən bildirib. 
 
“İkitərəfli danışıqlar aramızda dərin fikir ayrılıqlarının olduğunu üzə çıxartdı”, - deyə kansler bildirib. Bununla belə Merkel Türkiyənin və şəxsən Ərdoğanın sammitin işində fəal iştirak etdiyini qeyd edib: “Biz qaçqınlar və miqrasiyaya dair məsələlər üzrə Türkiyənin səylərini qiymətləndirdik”, - deyə o qeyd edib.
 





10.07.2017    çap et  çap et