525.Az

Prezident ABŞ dövlət katibi ilə görüşdü


 

Prezident ABŞ dövlət katibi ilə görüşdü<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı müzakirələr aparılıb.
 
APA-nın məlumatına görə, dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb.
 
R. Tillerson isə qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə bundan sonra da dəstək verəcək.
 
Prezident İlham Əliyev XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılışı münasibətilə göndərdiyi təbrik məktubuna görə ABŞ prezidenti Donald Trampa minnətdarlığının çatdırılmasını Reks Tillersondan xahiş edib. Dövlət başçısı bu məktubu ABŞ-ın Azərbaycanın enerji siyasətinə, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi kimi dəyərləndirib.
 
ABŞ-ın dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyətini, eyni zamanda, ölkəmizin bu əməliyyatlarda logistik və nəqliyyat dəhlizi rolunu yüksək qiymətləndirib.
 
Söhbət zamanı, həmçinin ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
 





10.07.2017    çap et  çap et