525.Az

"XI sinfin buraxılış imtahanlarının nəticələri ötənilkilərlə eynidir"


 

"XI sinfin buraxılış imtahanlarının nəticələri ötənilkilərlə eynidir"<b style="color:red"></b> “Biz XI sinfin buraxılış imtahanlarının nəticələrinin ötən il keçirilən imtahanların nəticələri ilə müqayisə etdik. Nəticələr təxminən eyni səviyyədədir. Dəyişikliklər statistik xətalar çərçivəsindədir”.
 
APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
DİM sədri qeyd edib ki, IX sinfin buraxılış imtahanları isə ötən il keçirilən imtahanlardan həm məzmunca, həm də forma etibarı ilə fərqlənib:
 
“IX  sinfin I mərhələsində keçirilən buraxılış imtahanları nəticələri gözlənilən idi. Çünki biz 2012-ci ildən başlayaraq monitorinq imtahanları keçirirdik. Monitorinq imtahanlarının nəticələrinə görə, müəyyən sahələrdə, xüsusilə də riyaziyyat fənnində yaddaş məktəbindən təfəkkür məktəbinə keçid tam şəkildə başa çatmayıb”.
 





10.07.2017    çap et  çap et