525.Az

Prezident ABŞ dövlət katibinə Ermənistanın son təxribatı barədə məlumat verdi


 

Prezident ABŞ dövlət katibinə Ermənistanın son təxribatı barədə məlumat verdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin İstanbulda ABŞ-ın dövlət katibi Reks Tillerson ilə görüşü olub.
 
APA-nın məlumatına görə, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, siyasi və enerji sahələrində uğurla inkişaf etdiyi qeyd olunub.
 
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bildirib, Ermənistanın təmas xəttində son hərbi təxribatı haqqında məlumat verib.
 





10.07.2017    çap et  çap et