525.Az

“Ukrayna NATO ilə üzvlük planı mövzusunda müzakirələrə başlayacaq”


 

“Ukrayna NATO ilə üzvlük planı mövzusunda müzakirələrə başlayacaq”<b style="color:red"></b> ”Kiyev və NATO Ukrayna üçün Üzvlük üzrə Fəaliyyət Planının tətbiqi barədə müzakirələrə başlayır”.
 
APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko NATO-Ukrayna Komissiyasının Kiyevdə keçirilmiş toplantısının yekunları ilə bağlı mətbuat konfransında bəyan edib.
O bildirib ki, Ukrayna təhlükəsizlik sahəsində öz siyasi gələcəyini dəqiq müəyyənləşdirib: “Ali Rada gələcəkdə NATO-ya üzvlüyü bizim təhlükəsizlik məqsədimiz elan edən qanun qəbul edib, mən isə buna imza atmışam. Biz bunu çox vacib sayırıq ki, Üzvlük üzrə Fəaliyyət Planının tətbiqi barədə diskussiyaya başlayaq. Bu diskussiyanın başlanması ilə bağlı təklifimiz məmnuniyyətlə qəbul edildi”.
 
P. Poroşenko hazırkı mərhələdə hələ ki üzvlük üçün rəsmi müraciət etməyəcəklərini söyləyib. NATO baş katibi Yens Stoltenberq isə bildirib ki, Ukraynanın quruma üzvlüyü barədə qərarı yalnız Ukrayna və üzv dövlətlər qəbul edə bilər və üçüncü tərəfin bu prosesə qarışmaq hüququ yoxdur.
 





10.07.2017    çap et  çap et