525.Az

Suriya ordusu səhrada əməliyyata başladı


 

Suriya ordusu səhrada əməliyyata başladı<b style="color:red"></b>

Suriya ordusu Dəməşq əyalətinin şərqində Əs-Sin aeroportundan cənub istiqamətdə "Möhtəşəm sübh" əməliyyatının ikinci mərhələsinə başlayıb.

Trend-in məlumatına görə, əməliyyat Suriyanın ucsuz-bucaqsız səhralarında həyata keçirilir. Əməliyyat nəticəsində Suriya qoşunları tərəfindən bir neçə stateji əhəmiyyətli yüksəkliklərin İŞİD terrorçularından azad edildiyi barədə xəbər verilib.

Qeyd edək ki, daha öncə isə Suveyda əyalətində hökumət ordusu İŞİD-dən 15 kəndi azad etmişdi.

 





10.07.2017    çap et  çap et