525.Az

İspaniyada çılpaq gəzənlərə cərimə tətbiq olunacaq


 

İspaniyada çılpaq gəzənlərə cərimə tətbiq olunacaq<b style="color:red"></b>

İspaniyanın cənub-şərqindəki San-Pedro-del-Pinatar kurortunun rəhbərliyi küçədə çılpaq şəkildə gəzməyə görə cərimə tətbiq edəcəyini bildirib.

Trend-in məlumatına görə, bundan başqa cərimələr uyğun olmayan yerlərdə, xüsusilə də dənizdə təbii ehtiyacların ödənilməsinə, sahil kənarında topla oynamaq, kabab bişirməyə görə də tətbiq olunacaq.

Cərimələrin məbləği 750 avrodan 3000 avroyadək dəyişəcək. Cərimələr iyulun 18-dən qüvvəyə minəcək.

 





10.07.2017    çap et  çap et