525.Az

İlham Əliyev Monqolustanın yeni seçilmiş prezidentini təbrik etdi


 

İlham Əliyev Monqolustanın yeni seçilmiş prezidentini təbrik etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Xaltmaaqiyn Battulqanı Monqolustanın prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
 
APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab Prezident, Monqolustanın prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
 





11.07.2017    çap et  çap et