525.Az

Tillerson Qətər və Səudiyyə Ərəbistanına gedir


 

Tillerson Qətər və Səudiyyə Ərəbistanına gedir<b style="color:red"></b> ABŞ-ın dövlət katibi Reks Tillerson Qətər və Səudiyyə Ərəbistanına səfər edəcək.
 
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
 
Məlumata əsasən, R.Tillerson iyulun 11-də Dohaya, 12-də isə Ər-Riyada səfər edərək Qətər və Səudiyyə Ərəbistanının rəhbərliyi ilə görüşəcək.
 
İyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.
 
Daha sonra Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu qətiyyətlə rədd edib.
 





11.07.2017    çap et  çap et