525.Az

Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı öldü


 

Qolu sınan uşaq Ağdaş xəstəxanasında əməliyyat zamanı öldü<b style="color:red"></b> Ağdaş Mərkəzi Rayon Xəstəxanasında ölüm hadisəsi baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib.

Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.
 
Xəstəxanadan məlumat təsdiqlənib.
 





11.07.2017    çap et  çap et