Baş nazir Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ prezidenti Barak Obamayla görüşəck.
Vaşinqtonda əvvəlki səfərlərindən daha fərqli - yüksək protokolla qarşılanan Ərdoğan ilk dəfə "Blair House"da qonaq edilir.
"Blair House" Ağ Evin qərb tərəfində yerləşən və ondan daha böyük olan, yalnız ABŞ prezidentinin rəsmi və seçilmiş qonaqlarının qala bildiyi yerdir.
Ərdoğanla Obamanın görüşü bu gün Türkiyə vaxtıyla axşam saatlarında olacaq. Saat 19:00-da iki liderin birlikdə mətbuat konfransı keçirməsi planlaşdırılır.
Ərdoğan-Obama görüşünün ən mühüm müzakirə mövzusu isə Suriyadakı vəziyyət və Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyinə dair iddialar olacaq.
Baş nazirin müavini Bülənt Arınç "Görüşdən yaxın dostluğu Suriya üçün mühüm olan Rusiyanın təşəbbüs göstərməsi və beynəlxalq birliyin birlikdə hərəkət etməsinə dair mühüm mesajlar çıxa bilər" deyib.
Ərdoğan Vaşinqtonda ABŞ dövlət katibi Con Kerrinin verdiyi nahar yeməyinə də qatılacaq. Daha sonra isə Nümayəndələr Palatasının sədri Con Boehnerl görüşəcək.
Baş nazir ABŞ-ın böyük şirkətlərinin rəhbərliylə də bir araya gələcək.
TRT
çap et