525.Az

Türkiyənin tanınmış aktyoru vəfat etdi


 

Türkiyənin tanınmış aktyoru vəfat etdi<b style="color:red"></b> Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib.

APA-nın “Milliyet.com.tr”a istinadən verdiyi məlumata görə, aktyor müalicə aldığı İstanbul Xəstəxanasında 83 yaşında dünyasını dəyişib.
 
Aktyor ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib.
 
F. Hakan 1934-cü ildə Balıkesir şəhərində anadan olub. Səhnə karyerası 1950-ci ildə “Üç göyərçin” tamaşası ilə başlayıb. İndiyədək 160-dan artıq film və serialda müxtəlif rollar yaradıb.
 
Aktyor həm də ssenarist və rejissor kimi fəaliyyət göstərirdi.
 





11.07.2017    çap et  çap et