525.Az

Gürcüstanda etnik azlıqları təmsil edən gənclər üçün müsabiqə


 

Gürcüstanda etnik azlıqları təmsil edən gənclər üçün müsabiqə <b style="color:red"></b> Gürcüstanda etnik azlıqları təmsil edən və ali məktəbi bitirmiş gənclərin Azərbaycan və ermənidilli məktəblərdə müəllim kimi çalışması üçün müsabiqə elan olunub. 
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, müsabiqənin təqdimat mərasimində baş nazirin müavini, təhsil və elm naziri Aleksandr Cecelava və barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak ediblər.
 
Təhsil və Elm Nazirliyinin Peşəkar İnkişaf mərkəzinin proqram rəhbəri Nino Qordeziani bildirib ki, iyulun 20-nə qədər davam edəcək müsabiqədə ali məktəblərin bakalavr pilləsini bitirmiş tələbələr iştirak edə bilər: “Gürcüstanın Azərbaycan və ermənidilli məktəblərində 25 vakant müəllim yeri var. Müsabiqədən uğurla keçmiş namizədlərlə müsahibə aparılacaq. Seçilmiş namizədlər üçün müəllim peşəsi ilə bağlı treninqlər təşkil olunacaq və onlar sentyabr ayından etibarən müəllim kimi çalışmağa başlayacaq. Gənc müəllimlər 700 lariyə qədər əməkhaqqı alacaqlar”.
 
N. Qordeziani əlavə edib ki, məktəblərdə müəllim vəzifəsinin öhdəsindən uğurla gələ biləcək gənclərin magistratura pilləsində təhsil xərclərini dövlət öz üzərinə götürəcək.
 





11.07.2017    çap et  çap et