525.Az

123 nömrəli marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdi


 

123 nömrəli marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdi<b style="color:red"></b> 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi bu gündən müvəqqəti olaraq dəyişdirilib.
 
Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, buna səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
 
Dəyişikliyə əsasən, təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır-Novxanı şosesindən keçməklə hərəkət edəcək.
 





11.07.2017    çap et  çap et