525.Az

Təhsilli qadın təhsilli ailədir


 

Təhsilli qadın təhsilli ailədir<b style="color:red"></b>

İrqindən, dilindən, dinindən, yaşadığı tarixi dövrdən, sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, qadın bəşəriyyətin inkişafının bütün mərhələlərində aparıcı qüvvə olub.
 
Qədim mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşıb.

Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçib. Tarixə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, bir sıra siyasi qərarların verilməsində, fəal iştirak ediblər. Ölkəmizdə milli qadın siyasəti ötən əsrdən, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu alıb. Həmin dövrdə ilk dəfə olaraq müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi böyük nailiyyət hesab olunurdu. Bununla da nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verildi.

Bütün müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb 122 il bundan əvvəl Azərbaycanda yaradılıb. Bu məktəbləri açan Azərbaycanın maarifpərvər sahibkarları,vətənpərvər ziyalıları başa düşürdülər ki, qızların təhsil alması çox vacibdir. Təhsilli qadın təhsilli millət, təhsilli nəsil,sağlam ailə deməkdir. Azərbaycanda qadınlar arasında savadsızlığın aradan qaldırılması, qadın sağlamlığı, onların iqtisadi azadlığının təmin olunması məsələləri daim öz aktuallığınısaxlayıb. Zaman keçdikcə bu istiqamətlərdə işlər görülüb, müsbət nəticələr əldə olunub. Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə təsbit olunub. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəffəqiyyətlər qazanılsın, uğurlar əldə edilsin Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Qadınların maariflənməsi, ictimai-siyasi həyatda aktiv olmaları gələcək nəsillərində inkişafını sığortalamış olur.

Qadın, eyni zamanda ana və tərbiyəçidir. Sağlam ailə sağlam cəmiyyət deməkdir. Psixoloji araşdırmalar göstərir ki, depressiyaya meyilli və depressiya yaşayan xanımların böyük əksəriyyəti evdar qadınlardır. Bunun üçün hər birimiz, hər zaman qadınlar üçün yaradılımış imkanlardan istifadə etmələri və cəmiyyətdə müəyyən mövqe tutmalarına kömək etməyə çalışmalıyıq. Qadın cəmiyyətin inkişafında sütun rolunu oynadığını, dəyərli olduğunu bilməlidir. Napoleon Bonapartın dediyi kimi, "dünyada gördüyümüz hər şey qadının əsəridir".

 





11.07.2017    çap et  çap et