525.Az

"İŞİD" Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan etdi


 

"İŞİD" Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan etdi<b style="color:red"></b> İŞİD terror təşkilatı Əbu Bəkr əl-Bağdadinin öldüyünü bəyan edib.
 
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, İŞİD döyüşçüləri yaxın zamanlarda “yeni xəlifə”nin adını açıqlayacağını deyiblər.  
 
Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.
 
İyulun 2-də “Əs-Sumariya” telekanalı İraqın Naynava vilayət rəhbərliyinə istinadən bəyan edib ki, İŞİD döyüşçüləri qruplaşma liderinin öldürüldüyünü iddia edən imamı qətlə yetiriblər. Mosul yaxınlığındakı Tel-Əfər yaşayış məntəqəsində yerləşən döyüşçülər əl-Bağdadiyə yaxın olan imam Əbu-Katibi “qarışıqlıq salmaqda” ittiham ediblər.
 





11.07.2017    çap et  çap et