525.Az

Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşdü


 

Əli Əhmədov Özbəkistan nümayəndə heyəti ilə görüşdü<b style="color:red"></b>

Baş nazirin müavini Əli Əhmədov Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimovla görüşüb.

APA-nın xəbərinə görə, Ə. Əhmədov deyib ki, Özbəkistan və Azərbaycan  dost ölkə olaraq və hərtərəfli tərəfdaşlığa sadiqliklərini təsdiq edərək çoxşaxəli əməkdaşlıq potensialını həyata keçirmək üçün güclü səy göstərirlər. Hər iki ölkə bir-birinə səmimi qardaşlıq münasibətləri, tarixi, dili, mədəniyyəti və adət-ənənələrimizin yaxınlığı  ilə sıx bağlıdır. Ə. Əhmədov xalqlar arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətlərinin ölkələrin mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcəyinə əminliyini ifadə edib.
 
Qonaqlar Özbəkistan-Azərbaycan münasibətlərinin həqiqətən əsrlərin dərinliyinə gedib çıxdığını vurğulayaraq, dost ölkə olaraq Azərbaycanın inamlı addımlarla irəliləyən və gələcəyini quran qüdrətli bir ölkəyə çevrildiyindən məmnun olduqlarını bildiriblər. Özbəkistanın Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri bu cür qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində önəmli rol oynadığını vurğulayıb, eyni zamanda hər iki ölkənin rəhbərləri  tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin Özbəkistan-Azərbaycan münasibətlərinin perspektivliyinə və gələcəyinə böyük ümid verdiyini qeyd edib.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 





11.07.2017    çap et  çap et