525.Az

"Qarabağ" darmadağınla başladı


 

"Qarabağ" darmadağınla başladı<b style="color:red"></b>

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə Azərbaycan çempionu “Qarabağ” da mübarizəyə qoşulub.

Ardıcıl 4-cü dəfədir ölkəmizi bu turnirdə təmsil edən Ağdam təmsilçisi Bakıda Gürcüstanın “Samtredia” klubunu qəbul edib.

Bundan əvvəlki üç mövsümdə ilk mərhələni adlayan Qurban Qurbanovun komandası bu cütün də favoriti hesab olunurdu. Rəqibinə 5 cavabsız qolla qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqəni böykü ölçüdə təmin edib.

11 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsiniin ilk oyunu

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0
Qollar
: Əfran İsmayılov, 10-pen. Dino Ndlovu, 36, 45+1-pen. Donald Gerryer, 81, Miçel, 90+1
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 





11.07.2017    çap et  çap et