525.Az

“Rusiya və Türkiyə arasında vizalara dair məsləhətləşmələr keçiriləcək”


 

“Rusiya və Türkiyə arasında vizalara dair məsləhətləşmələr keçiriləcək”<b style="color:red"></b> Yaxın günlərdə Rusiya və Türkiyə XİN-ləri arasında viza problemlərinə dair müzakirələr aparılacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Türkiyədəki səəfiri Aleksey Yerxov bildirib.
 
“Viza məhdudiyyətləri iki ölkə XİN-nin daim diqqət mərkəzindədir. Hər şeyin plan üzrə gedəcəyi təqdirdə, bur neçə gündən sonra XİN-lər arasında növbəti məsləhətləşmələr raundu baş tutacaq. Danışıqlar zamanı viza problemi də müzakirə olunacaq”, - deyə səfir “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
 





12.07.2017    çap et  çap et