525.Az

Xüsusi istedada malik uşaqların qəbulu üzrə müsabiqə başa çatdı


 

Xüsusi istedada malik uşaqların qəbulu üzrə müsabiqə başa çatdı<b style="color:red"></b> Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı bu ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb.
 
İdarədən APA-ya verilən məlumata görə, müvafiq müsabiqədə iştirak etmək üçün 1769 uşağın sorğusu yerləşdirilib, nəticədə 1471 uşaq müsabiqədə uğur qazanıb.
 
Müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə iyunun 20-dən iyulun 10-dək keçirilib.
 
Bu ilin 16 sentyabr - 31 dekabr tarixlərində 6 yaşı tamam olacaq Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyanın I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqlar da ümumi təhsil müəssisələrinə qəbul üçün müsabiqədə iştirak ediblər. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin nəzdindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan 30-dək aparılıb. Müsabiqələrdə iştirak üçün qeydiyyatdan keçmiş 2865 uşaqdan 1628-i uğur qazanıb. Müsabiqədə iştirak edərək müvəffəq ola bilməyənlər isə iyulun 1-dən 10-a kimi ümumi təhsil müəssisələrinə xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqədə iştirak ediblər. Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı bu ilin 16 sentyabr - 31 dekabr tarixlərində tamam olacaq uşaqlar I sinfə müsabiqədənkənar qəbul edilib.
 





12.07.2017    çap et  çap et