525.Az

ABŞ dövlət qurumları "Kaspersky Lab"ın məhsullarından imtina etdi


 

ABŞ dövlət qurumları "Kaspersky Lab"ın məhsullarından imtina etdi<b style="color:red"></b>

Donald Trampın administrasiyası Rusiyanın "Kaspersky Lab" şirkətinin ABŞ hökumət qurumları tərəfindən istifadəsi məqbul olan məhsullar tədarük edən iki şirkətin sırasından çıxarıb.

"APA-Economics" "Reuters"ə istinadən verdiyi məlumata görə, "Kaspersky Lab"ın adı ABŞ dövlət qurumları üçün informasiya texnologiyaları və rəqəmsal fotoavadanlıq sahəsində xidmətlər təklif edən şirkətlərin siyahısından silinib.

ABŞ Ümumi Xidmətlər Administrasiyasından (GSA) bildirilib ki, bu qərar ABŞ hökumət sistemlərinin təhlükəsizliyini təmin etməyə yönəlib və ciddi araşdırmadan sonra qəbul edilib. Bununla yanaşı, idarədən deyiblər ki, dövlət qurumları GSA müqavilələri çərçivəsində alınmamış məhsullardan istifadəyə davam edə bilər.
 
Xatırladaq ki, "Bloomberg" agentliyi "Kaspersky Lab" şirkətinin Rusiya kəşfiyyatı ilə əlaqəli olduğuna dair xəbər yayıb.

 





12.07.2017    çap et  çap et