525.Az

Bu il 188 qida zəhərlənməsi olub, 3 nəfər ölüb


 

Bu il 188 qida zəhərlənməsi olub, 3 nəfər ölüb<b style="color:red"></b> 2017-ci ilin 6 ayı ərzində Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin sayı açıqlanıb.
 
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, bu ilin 6 ayı ərzində ölkədə 188 qida zəhərlənməsi baş verib.
 
O bildirib ki, baş vermiş qida zəhərlənmələri nəticəsində 285 nəfər zərər çəkib.
 
A. Qədirlinin sözlərinə görə, 11 botulizm hadisəsi qeydə alınıb, 21 nəfər zərər çəkib. Botulizm hadisələri nəticəsində 3 nəfər ölüb.
 
O qeyd edib ki, qida zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib.
 





12.07.2017    çap et  çap et