525.Az

"Bank sektorunun balans kapitalı 2,7 milyard manatdır"


 

"Bank sektorunun balans kapitalı 2,7 milyard manatdır"<b style="color:red"></b> Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 may 2017-ci il tarixinə cəmi aktivləri 30 mlrd. 101,1 mln. manat, cəmi öhdəlikləri 27 mlrd. 342,2 mln. manat təşkil edib.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasından "APA-Economics"ə verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 758,8 mln. manatdır.
 
Əhalinin əmanətləri 6 mlrd. 820,1 mln. manat həcmindədir.
 
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2476-dır. Bütövlükdə bank sektorunun işçi heyəti 16034 nəfər təşkil edir.
 





12.07.2017    çap et  çap et