525.Az

Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt aradan qaldırılacaq?


 

Türkiyədə fövqəladə vəziyyət rejimi nə vaxt aradan qaldırılacaq?<b style="color:red"></b>

Terrorla mübarizəyə ehtiyac qalmadıqda ölkədə fövqəladə vəziyyət rejimi aradan qaldırılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Fəthullah Gülən hərəkatı və PKK ilə mübarizədə önəmli bir məsafə qət edildi:

"Yəni fövqəladə vəziyyət rejimi çox da uzaq olmayan bir gələcəkdə ləğv edilə bilər".

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.

 





12.07.2017    çap et  çap et