525.Az

İki konqresmen Trampın impiçmentinə çağırdı


 

İki konqresmen Trampın impiçmentinə çağırdı<b style="color:red"></b> ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə B.Şermanın yaydığı bəyanatda deyilir.
 
Qeyd edək ki, Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi iddiaları barədə araşdırmanı Federal Təhqiqatlar Bürosu, Senat və Konqresin Nümayəndələr Palatasının  kəşfiyyat üzrə xüsusi komitələri aparır.  Bundan əlavə, may ayında Ədliyyə nazirliyi FTB-nin sabiq direktoru Robert Mülleri məsələ ilə bağlı xüsusi araşdırmaçı təyin edib.
 





13.07.2017    çap et  çap et