Salyan rayonunda ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, Ələt-Astara yolunda qeydə alınıb.
“Mercedes” markalı mikroavtobusun “KamAZ”-la toqquşması nəticəsində nəticəsində Tuhid Əliyev, Şahid Qəhrəmanov, Azad Abdulleyev və Ramiz Xudaverdiyev ölüb, Zaur adlı şəxs 1 saylı şəhər Klinik Xəstəxanasına, Aqilə Qəhrəmanova isə Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Əlavə məlumat üçün bildirək ki, Ələt istiqamətində hərəkətdə olan “KamAZ” markalı iki yük avtomobili bir-birinə çırpılıb, onlardan birinin qoşqusu yolu bağlayıb. Bu zaman arxadan yüksək sürətlə gələn “Mercedes” markalı mikroavtobus yolun ortasındakı qoşquya çırpılıb.
çap et