525.Az

Neftin qiyməti stabilləşib, treyderlər ABŞ-dakı vəziyyəti dəyərləndirir


 

Neftin qiyməti stabilləşib, treyderlər ABŞ-dakı vəziyyəti dəyərləndirir<b style="color:red"></b>

Dünya birjalarında neft bahalaşıb.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% artaraq 45,50 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% artaraq 47,75 dollar olub.
 
Ötən gün müşahidə olunan artımdan sonra hazırda neftin qiyməti stabildir. "MarketWatch" yazır ki, treyderlər ABŞ-ın Energetika Nazirliyinin həftəlik statistikasını dəyərləndirir. Ötən gün açıqlanan statistikaya əsasən, hasilatın artmasına baxmayaraq, ABŞ-ın neft ehtiyatlarında azalma müşahidə olunur.
 
Qurumun təqdim etdiyi rəqəmlərdən məlum olur ki, həftə ərzində neft ehtiyatları 7,6 mln. barrel azalıb. "S&P Global Platts" keçirilən sorğuda iştirak edən ekspertlər isə hasilatın 2,6 mln. barrel azalacağını proqnozlaşdırıb.

Həftə ərzində ölkədə benzin ehtiyatları 1,6 mln. barrel azalıb.
 
Bununla yanaşı, ABŞ sutkalıq neft hasilatını 59 min barrel artıraraq 9,397 mln. barrelə çatdırıb.

 





13.07.2017    çap et  çap et