525.Az

Yaşla bağlı əmələ gələn makula degenerasiyası nədir?


 

Yaşla bağlı əmələ gələn makula degenerasiyası nədir?<b style="color:red"></b>

Yaşla bağlı makula degenerasiyası 60 yaşdan yuxarı xəstələrdə görmə itkisinin ən sıx səbəblərindən biridir.

Akademik Zərifə Əliyeva adına Mili Oftalmologiya Mərkəzindən AzərTAc-a bildiriblər ki, bu xəstəlik gözün arxa hissəsində yer alan sinir təbəqəsinin görmə mərkəzinin tutulmasıdır.

Görmə mərkəzini də əhatə edən bu bölgədə əmələ gələn zədə, həyatı əks tərəfə dəyişir. Retina – gözün arxa hissəsini əhatə edən sinir təbəqəsidir. Bu sinir təbəqəsi çox incədir və görüntünün sağlam bir şəkildə alınmasına imkan yaradır.

Retina xəstəliklərində görməyə təsir dərəcəsi, xəstəliyin əmələ gəldiyi yerə görə dəyişir. Misal üçün retinanın kənarlarında, yəni görmə mərkəzindən uzaqda əmələ gələn geniş bir zədə, görməyə heç təsir etməsə belə, tam görmə mərkəzini tutan ən kiçik bir xəstəlik nəzərəçarpan bir görmə itkisi ilə nəticələnə bilər.

Bu xəstəlik ən çox ağdərili, yuxarı yaş qrupuna aid, siqaret çəkən, hipertoniyadan əziyyət çəkən, artıq çəkiyə malik, qan yağları yüksək olan və Günəş işığına daha çox məruz qalan insanlarda yaranır.

 





13.07.2017    çap et  çap et