525.Az

Günay Əfəndiyeva Bişkekdə bir sıra görüşlər keçirdi


 

Günay Əfəndiyeva Bişkekdə bir sıra görüşlər keçirdi<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkekdə Qırğız Respublikasının təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşüb.

G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədənin irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Fondun üzv ölkəsi olan Qırğızıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib. Q.Kudayberdiyeva Fondun fəaliyyətini bütövlükdə Türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirib, gələcək layihələrinə dəstəyini bildirib.

Görüş zamanı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Qırğızıstandakı universitetlər ilə əməkdaşlığın genişləndirilməsi, eləcədə orada təhsil alan Türk dünyası ilə bağlı araşdırmalar aparmış tələbələrə təqaüdlərin ayrılması məsələləri müzakirə edilib. 

G.Əfəndiyeva  Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və turizm naziri Tuqelbay Kazakovla da görüşüb. O, Fondun məqsədləri və həyata keçirdiyi tədbirləri barədə məlumat verib.

T.Kazakov Fondun Türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirib. Görüşdə əməkdaşlıq çərçivəsində gələcəkdə mədəni sahədə müxtəlif mövzularla bağlı birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə edilib.

 





13.07.2017    çap et  çap et