525.Az

İslamiadada yüksək nəticə göstərənlər təltif olundular


 

İslamiadada yüksək nəticə göstərənlər təltif olundular<b style="color:red"></b> Təhsil Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən təhsil müəssisələrinin əməkdaşları və könüllülərinin təltif olunma mərasimi keçirilib.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində 11 mindən çox tələbə - könüllünün xüsusi rolu olub.
 
Nazir İslamiadanın qalibləri arasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq - gənclər, idman məktəblərinin 18 nəfər idmançısının yer aldığını, 4 qızıl və 4 gümüş olmaqla, ümumilikdə 8 medal qazanıldığını qeyd edib.
 
Daha sonra İslamiadada yüksək nəticə göstərən idman məktəblərinin yetirmələri, Oyunların keçirilməsində fəal iştirak edən əməkdaşlar, könüllülər və idmançılar təltif olunublar.
 





13.07.2017    çap et  çap et