525.Az

Yasamal rayonunun su təchizatı məhdudlaşdırılır


 

Yasamal rayonunun su təchizatı məhdudlaşdırılır<b style="color:red"></b>

Bu gün Bakının Yasamal rayonunun bir küçəsində suyun verilişində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar iyulun 14-də gün ərazində Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq.

 





14.07.2017    çap et  çap et