525.Az

"ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə təsiri olmayacaq"


 

"ÜAK-la bağlı məsələnin Rusiya-Azərbaycan münasibətlərinə təsiri olmayacaq"<b style="color:red"></b> Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması ilə bağlı məsələyə münasibət bildirib.
 
APA-nın məlumatına görə, səfir Rusiya-Azərbaycan münasibətlərinin dəyərinin çox böyük olduğunu qeyd edib.
 
Səfir bildirib ki, bütün təşkilatlar fəaliyyət göstərdiyi ölkənin qanunlarına uyğun hərəkət etməlidir.
 
"Mən bu mövqeyi dəstəkləyirəm. Ümumrusiya Azərbaycan Konqresinə Ədliyyə Nazirliyi tərəfindən məktub göndərilib, hamısı cavabsız qalıb. ÜAK-la bağlı məsələnin bizim münasibətlərinə heç bir təsiri olmayacaq. Azərbaycan-Rusiya münasibətlərini inkişaf etdirmək lazımdır", - deyə diplomat vurğulayıb.
 





14.07.2017    çap et  çap et