525.Az

Gəncədə uşaq bağçasının açılışı oldu


 

Gəncədə uşaq bağçasının açılışı oldu<b style="color:red"></b> Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və şəhər ictimaiyyətinin nümayəndələri 1 nömrəli uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
 
APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını tarixi gün münasibəti ilə təbrik edib.
 
E. Vəliyev ölkə rəhbərliyinin Nizami yurduna diqqət və qayğısından danışıb. Şəhər rəhbəri xüsusi vurğulayıb ki, yaxın zamanlarda 44 nömrəli uşaq bağçası, 1 saylı tam orta məktəb, 4 saylı internat tipli məktəb, 2 saylı peşə liseyi də təmirdən sonra istifadəyə veriləcək.
 
E. Vəliyev və mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar.
 
120 yerlik 2 korpusdan ibarət uşaq bağçasında altı qrup fəaliyyət göstərir. Uşaq bağçasında sanitar qovşağı, mətbəx, şahmat, dərzi, tibb, musiqi, rəsm, yataq, soyunub-geyinmə və digər yardımçı otaqlar mövcuddur.
 





14.07.2017    çap et  çap et