525.Az

Müasir Azərbaycan nəsri Gürcüstanda çap olundu


 

Müasir Azərbaycan nəsri Gürcüstanda çap olundu<b style="color:red"></b>

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri “Müasir Azərbaycan nəsri antologiyası” Gürcüstanda işıq üzü görüb.

XX əsr Azərbaycan nəsrinin müxtəlif nəsillərini təmsil edən yazıçıların hekayələri toplanmış kitabı gürcü dilinə yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli çevirib.

Gürcüstanın "İntellekti" nəştiyyatında nəşr edilmiş kitabın redaktoru tanınmış tərcüməçi Manana Bostoğanaşvili, ön sözün müəllifi görkəmli gürcü yazıçısı Quram Odişariyadır.

Kitabın təqdimatının sentyabr-oktyabr aylarında Tiflisdə keçiriləcəyi gözlənilir.

 





14.07.2017    çap et  çap et