525.Az

“Aypara” muğam üçlüyü Çelyabinski səfərindən qayıdıb


 

“Aypara” muğam üçlüyü Çelyabinski səfərindən qayıdıb<b style="color:red"></b>

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin və Rusiyanın Çelyabinski şəhəridəki Ümumrusiya Azərbaycan Konqresinin “Ozan mədəniyyəti” layihəsində ölkəmizi  xanəndə Aytən Məhərrəmova və onu müşaiyət edən Ədalət Behbudov, Pərviz Fərhadov təmsil ediblər. 

Səfərdən və festivaldan xeyli razı qaldıqlarını vurğulayan xanəndə Aytən Məhərrəmova təssüratlarını bizimlə bölüşüb: “Onu deyim ki, həm səfərimiz, həm də konsert çox gözəl keçdi. Çox sevindirici hal idi ki, konsertdə rusiyalı körpələr “Cücələrim” mahnısı ifa edirdilər, xanımlar “Uzundərə” rəqsini, bəylər bizim qədim rəqslərimizdən olan “Yallı” nı oynayırdılar. Eləc də rusiyalı tamaşaçılar Azərbaycan dilində  bizim bir çox xalq mahnılarımızı zümzümə edirdilər. Festivalın qala konserti  Çelyabinski şəhəri Prakovey adına konsert zalında baş tutdu və biz konsertin ikinci  hissəsində çıxış etdik.

Çıxışımız olduqca maraqla qarşılandı. Özümüz də xoş təssüratlarla ayrıldıq o konsertdən. Onu qeyd etmək istəyirəm ki, bu konserti həmvətənlimiz Rəfael Quliyev təşkilo etmişdi. Məni tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov, nağarada Ruhulla Behbudov müşaiyət edirdilər. Bundan başqa iziml bərabər konsertdə meyxana ustası Vüqar Əbdülov, müğənni Nadir Qafarzadə də iştirak edirdilər”.

GÜNEL

 





16.05.2013    çap et  çap et