525.Az
Bakıda qızı qaçırılan ata polisə üz tutdu
Bakı şəhərinin Səbail rayonu ərazisində 22 yaşlı qız qaçırılıb.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “20-ci Sahə” adlanan ərazidə, Qazalin küçəsində yaşayan Beyləqan rayon sakini 43 yaşlı M.Ə bu barədə bildirib. O, şikayət ərazisində qeyd edib ki, qızı 22 yaşlı M.G mayın 15-də Rəfail adlı şəxs tərəfindən zorla qaçırılıb. Həmin şəxs qızı zorla maşına salaraq uzaqlaşıb.
Hazırda polis müraciət əsasında araşdırmalar aparır.
17.05.2013
çap et